Azərbaycan Premyer Liqasının XXXI turunda “İmişli” və “Zirə” komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Quba şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Görüşü baş hakim Kamranbəy Rəhimov idarə edib.
Bu nəticədən sonra Rəşad Sadıqovun kollektivi xallarını 50-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Jorj Kaşkilyanın komandası isə 33 xalla 8-ci yerdə yer alıb.
“İmişli” – “Zirə” 0:0