RU

Paşinyan: Qarabağ hərəkatı bizim üçün ölümcül səhv oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ hərəkatını ölkə üçün “ölümcül səhv” adlandırıb.

 

TASS bildirir ki, Paşinyan bu fikri Sünik vilayətinə səfəri zamanı səsləndirib.

 

“Etiraf etməliyik ki, Qarabağ hərəkatı bizim üçün ölümcül səhv olub”, - Ermənistan Baş naziri vurğulayıb.

 

Məlumata görə, Paşinyan seçkiqabağı kampaniyasına məhz Sünik bölgəsindən start verib.

 

Erməni politoloq Tiqran Koçaryan isə bildirib ki, Avropa siyasətçiləri Paşinyanı “öz adamları” hesab edirlər. Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı Qərbin əsas şərtini yerinə yetirib.

 

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. İş adamı və siyasətçi Samvel Karapetyan “Güclü Ermənistan” Partiyası tərəfindən baş nazir postuna namizəd irəli sürülüb.

Избранный
3
1
senzor.az

2Источники