RU

İran öz neftini daşıyan tankerə hücum edib

İran öz neftini daşıyan tankerə qarşı əməliyyat keçirib.

News365.az xəbər verir ki, Tehran Oman körfəzində "neft ixracını pozmağa və İran xalqının maraqlarına zərər verməyə cəhd etdiyi" iddia edilən Okean Koi tankerinin saxlanıldığını elan edib..

Bloomberg-in məlumatına görə, gəmi xüsusilə Tehranın kölgə donanmasının bir hissəsi olaraq İran neftini daşıdığına görə ABŞ sanksiyalarına məruz qalıb.

İranın dövlət mediası tankerin İran nefti daşıdığını təsdiqləyib, lakin heyət üzvlərini "bölgədəki vəziyyətdən istifadə etməyə" cəhd etməkdə günahlandırıb.

Müharibə və Hörmüz boğazının blokadası fonunda Tehran bölgədəki gəmiçilik üzərində nəzarəti kəskin şəkildə gücləndirib.

Избранный
6
3
news365.az

4Источники