RU

Dünyanın siyasi xəritəsini dəyişəcək plan Kanada Avropaya birləşir

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kanadanın Avropa İttifaqına qoşulması ideyası Qərbdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Bild nəşrinin yaydığı məlumata görə, Kanadada keçirilən sorğular ölkə əhalisinin əksəriyyətinin Aİ üzvlüyünü dəstəklədiyini göstərir. Bildirilir ki, bəzi siyasətçilər də bu variantın nəzərdən keçirilməsinə açıq yanaşırlar.

Hazırkı qaydalara əsasən, Aİ-yə yalnız coğrafi baxımdan Avropaya aid ölkələr qəbul edilə bilər. Lakin Kipr və Türkiyə kimi istisnalar bu məsələnin gələcəkdə dəyişə biləcəyi ehtimalını gündəmə gətirir.

Ekspertlərin fikrincə, Kanadanın Aİ-yə qoşulması dünya siyasəti və iqtisadiyyatı üçün ciddi nəticələr yarada bilər. Belə olan halda, Avropa İttifaqının ümumi ərazisi 14 milyon kvadrat kilometrdən çox olacaq.

Məlumata görə, Avropa Kanada vasitəsilə enerji və xammal təhlükəsizliyini gücləndirə, Kanada isə geniş bazar və işçi qüvvəsi imkanları əldə edə bilər. Xüsusilə enerji, süni intellekt, müdafiə və texnologiya sahələrində əməkdaşlığın genişlənəcəyi qeyd olunur.

Avropa Parlamentinin sədri Roberta Metsola Kanadanı Avropadan kənarda ən çox Avropaya bənzəyən tərəfdaş adlandıraraq, tərəflər arasında böyük potensialın olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
2
sherg.az

10Источники