RU

43 min izləyici itirən Nadir “TikTok”u hədəf aldı

Xəbər verdiyimiz kimi, “Instagram” tarixinin ən böyük “təmizlik” kampaniyalarından birini həyata keçirib.

Nəticədə yüz minlərlə hesabın izləyici sayı kəskin şəkildə azalıb. Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər izləyici sayında qəfil eniş müşahidə ediblər. Sosial şəbəkələrdə bu proses artıq “2026-cı ilin böyük təmizliyi” kimi müzakirə olunur. Azərbaycanda da bir çox məşhur izləyici itkisi ilə üzləşib. Müğənni Nadir Qafarzadə isə bir gündə 42 mindən çox izləyici itirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, müğənni bununla bağlı yayımladığı videoaçıqlamada bildirib:“Baxıram ki, “Instagram”da izləyici sayım xeyli azalıb. Düşündüm ki, axı niyə? Mən heç bir “fake” iş görməmişəm. Amma sonra məlum oldu ki, hamıda belədir. Kimsə artıq vəfat edib, kimsə səhifə açıb, sonradan parolunu unudub, o cür qalıb, işlətməyib. Yəni bu kimi səbəblərə görə məndə də izləyici sayı azalıb. Təxminən 43 min izləyicim gedib. 749 min izləyicidən 706 min qalıb. Yəni xeyli izləyici səhifəmdən silinib. Amma belə təmizlənmə çox yaxşıdır. Qoy “Instagram” da, “TikTok” isə ümumiyyətlə təmizlənsin. Düşünürəm ki, burada problem yoxdur”.

Xalidə,
Musavat.com

Избранный
7
7
musavat.com

8Источники