RU

Rayona gedənlərin nəzərinə Nəzarət gücləndirildi

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qeyri-iş günləri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə istirahət zonalarına və rayonlara üz tutan sürücülərə xəbərdarlıq edərək təhlükəsizlik tədbirlərini gücləndirib.İdarənin müraciətində bildirilir ki, yola çıxan şəxslər ilk növbədə avtomobilin texniki vəziyyətinə əmin olmalıdırlar. Yorğun və yuxusuz halda sükan arxasına keçmək ciddi qəza riskləri yaradır. Sürücülərdən sürət həddini hava şəraitinə uyğun tənzimləmək, ara məsafəsini qorumaq və təhlükəli ötmə manevrlərindən qaçmaq tələb olunur.Yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət tədbirləri artırılıb. Səfərin fəsadsız başa çatması üçün hər bir hərəkət iştirakçısının qaydalara ciddi riayət etməsi və məsuliyyətli davranması vacibdir.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
41
demokrat.az

1Источники