RU

Türk Dövlətləri Təşkilatının qeyri rəsmi zirvəsi Türkistanda keçiriləcək

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

15 may 2026-cı il tarixində Türk dünyasının mənəvi paytaxtı Türkistanda, Qazaxıstan Respublikasının ev sahibliyi ilə “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları şurasının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Zirvə TDT-yə üzv dövlətlərin və müşahidəçilərin dövlət və hökumət başçılarını, eləcə də TDT-nin baş katibini bir araya gətirərək sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq. Zirvədə həmçinin Ağsaqqallar Şurası və Türk əməkdaşlıq təşkilatları da iştirak edəcək.

Qeyri-rəsmi zirvə, süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyaların transformasiyaedici potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində Türk dövlətləri arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rəsmi proqram çərçivəsində Dövlət başçıları şurasının iclasından əvvəl TDT xarici işlər nazirləri şurasının iclası da keçiriləcəkdir.

Zirvənin Türk dünyasının mənəvi paytaxtı Türkistanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində ortaq baxışın güclü simvolu kimi çıxış edir. Zirvənin Türk dövlətləri arasında birlik, həmrəylik və nəticəyönümlü əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
6
sherg.az

7Источники