Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Hesab edirəm ki, Ermənistan heç bir hərbi blokun bir hissəsi olmamalıdır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan "Deutsche Welle"yə müsahibəsində deyib.
“Yerləşdiyimiz coğrafiya və imkanlarımız nəzərə alınmaqla, Ermənistanın rolu neytral olmalıdır. Ermənistan kiçikdir. Bu, hər iki tərəf üçün sövdələşmə predmeti olacaq. Mən ölkəmin Rusiya, Brüssel, ABŞ və ya hər hansı digər tərəf üçün sövdələşmə predmeti olmasını istəmirəm. Ermənistan İran, Azərbaycan, Türkiyə və Gürcüstanın yanında yerləşir. Dörd tərəfdən də bağlıdır. Biz dənizə çıxışı olmayan ölkəyik, - Simonyan bildirib.
Onun sözlərinə görə, erməni xalqının tarixi onlara çox şey öyrədib.
Ermənistan parlamentinin rəhbəri vurğulayıb ki, keçmişin səhvlərini təkrarlamamalıyıq.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.