RU

“İnstagram istifadəçilərinə pis xəbər – şəxsi mesajlara çıxış mümkün olacaq

“İnstagram” platforması şəxsi mesajlarda tam şifrələmə dəstəyini dayandırmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, qərardan sonra “Meta” şirkəti texniki baxımdan istifadəçilərin yazışmalarının məzmununa çıxış əldə edə biləcək.

Məlumata görə, istifadəçi məlumatları rəsmi sorğular əsasında hüquq-mühafizə orqanlarına da təqdim oluna bilər.

Qeyd olunur ki, başdan-başa şifrələmə şəxsi yazışmaların qorunmasının əsas üsullarından biri hesab olunur. Bu sistem olmadan mesajları potensial olaraq yalnız göndərən və qəbul edən deyil, platformanın özü də oxuya bilər. (Musavat.com)

Bizim.Media

Избранный
5
3
bizim.media

4Источники