RU

Göygöldə iki maşın toqquşub,yaralananlar var

Göygöldə qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan Nadel kənd sakinləri, 1993-cü il təvəllüdlü Orxan Həsənli və onun qardaşı Tərxan Həsənli, eləcə də, “Chevrolet”in sürücüsü, 1991-ci il təvəllüdlü Əliyar Əmirzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırna başlanılıb.

Избранный
32
4
anews.az

5Источники