RU

Ərdoğan BƏƏ prezidenti ilə danışdı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan İran və ABŞ arasındakı münaqişə zamanı bölgədə yaşanan çətinliklərin təəssüf doğurduğunu və Birləşmiş Ərəb Əmirliklərinin suverenliyini və təhlükəsizliyini tam dəstəkləməyə davam edəcəklərini bildirib.

Türkiyə lideri eyni zamanda ölkəsinin Yaxın Şərqdə yaranmış gərginliyin azalması üçün səylər göstərdiyini, bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün daha çox dialoq və əməkdaşlığa ehtiyac olduğunu əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
2
axar.az

10Источники