RU

Bakıda keçmiş məhkum yenə həbs olundu

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

BAKU.WS xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərov saxlanılıb.

Ondan 12 kiloqram 305 qram marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Избранный
59
far.az

1Источники