RU

İşəgötürənlər “unudur”, işçilər itirir: Bayramda işləyənlər niyə əlavə pul almır?

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bayram və qeyri-iş günlərində işçi işə cəlb olunursa əlavə ödəniş edilməlidir. Bu, Əmək Məcəlləsinin 164-c maddəsində əksini tapıb. Qanun işçinin hüquqlarını tanıyır. Bəs işəgötürənlər? 

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, ölkəmizdə bayram, istirahət və qeyri-iş günü olması qərar verilmiş təqvim -günlərində işçilərin işə cəlb edilməsi adi hala çevrilib. İşəgötürənlər rəsmi bayram, istirahət və iş günləri ilə istirahət günlərinin yerinin dəyişdirilməsi zamanı işçiləri işə cəlb edirlər. Amma bunun əvəzində əlavə ödəniş etməyi “unudurlar”: 

- Bu gün 9 may 2026-cı il – Faşizm üzərində qələbənin 71-ci ildönümüdür. Və Azərbaycanda rəsmi bayram günü, qeyri-iş günüdür. Amma bəzi təşkilatlar yenə də “ənənələrinə sadiq qalaraq” işçiləri işə cəlb edirlər. Bəs həç onlar, həm də işçilər bilirmi ki, bunun əvəzində ödəniş tələb edə bilər və işəgötürən bu tələbi yerinə yetirməlidir? Əmək Məcəlləsinin 174-cü maddəsi İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi ilə bağlıdır: 1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; Məsələn, deyək ki, işçinin əmək haqqı 1000 manatdır. O, 5 günlük (8 saat) iş rejimində işləyir və may ayında 17 iş günüdür. Onu bu gün 3 saat işəgötürən işə cəlb edir. Bu halda 1000/17= 58.82 bir iş gününə düşən məvacib. 58.82/8=7.35 bir saata düşən məvacib. 7.35*2=14.70 bir saatına düşən iki misli. 3 saat işə cəlb etdiyinə görə 14.70×3 = 44.10 pul ödəyəcək. Amma ən yaxşı hal istehsalat təqviminə görə hesablamaqdır (əgər iş sisteminiz buna nizamlanıbsa). 5 günlük işləyənlərin iş saatı 134 saatdır. 1000/134=7.46*2= 14.92*3= 44.76 manat pul edir. Əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamalıdır. Aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Həmçinin, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Eyni zamanda əgər işəgötürən işçiylə razılaşıb bu gün işə gəldiyi üçün ona başqa vaxt bu günə görə əlavə istirahət günü verərsə, bu halda yuxarıdakı ödənişlər edilməyə bilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
sherg.az

1Источники