RU

VƏTƏN MÜHARİBƏMİZ 44 GÜNLÜK MÜQƏDDƏS SAVAŞDIR... Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zahid Oruc,

Millət vəkili

İkinci dünya müharibəsinin sonunu göstərən tarixi günə münasibət zamanla dəyişir. Doğrudur, faşizm dünya üçün böyük təhlükəyə çevrilmişdi. Ona qarşı çıxan xalqların bir çoxu konkret ərazi və dövlətləri uğrunda deyil, bəşəri təhlükəsizlik və insanlıq naminə vuruşurdular. Qələbənin qazanılmasında Azərbaycan xalqının rolu xüsusidir və danılmazdır. Həm döyüş meydanlarında qəhrəman oğullarını itirən və rəşadət göstərən azərbaycanlılar, həm də arxa cəbhədə misilsiz əmək nümunəsi göstərərək, müharibənin taleyini həll etdilər.

İkinci Dünya müharibəsi başlayanda Azərbaycandan 600 mindən artıq insan cəbhəyə yollandı. O dövrdə ölkə əhalisinin sayı nəzərə alındıqda, olduqca böyük rəqəm idi. Yüz minlərlə azərbaycanlı müxtəlif cəbhələrdə faşizmə qarşı mərdliklə döyüşürdü, yüz minlərlə insan isə geri qayıtmadı. Azərbaycan oğulları Moskva, Leninqrad, Stalinqrad, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq salnaməsi yazdılar.

Избранный
28
azpolitika.info

1Источники