Bax, bu dərəcədə sadə və prinsipial insan idi. Ona görə də Azərbaycanın yeni dünyaya qoşulması üçün açıq şəkildə xidmət edib, böyük əmək sərf edib”. Xalq şairi Vahid Əziz çıxışı zamanı bildirib ki, istər Sirus Təbrizli, istərsə də Məmməd Muradla çox yaxın dost olublar: “Allah hər ikisinə də rəhmət eləsin. Bu iki insan hər zaman yaşayacaq. Onlar haqqında bir-iki cümlə danışmaq kifayət etməz. Çünki təkcə sənətləri ilə deyil, xarakterləri, insanlara verdikləri dəyər və yaddaşlarda qoyduqları izlərlə də xatırlanırlar. Belə insanlar fiziki olaraq aramızdan getsələr də, illərlə dinlənilən xatirələrdə və insanların qəlbində yaşamağa davam edirlər”. Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov çıxışı zamanı bildirib ki, hər gün görüşdüklərini bildirib:“O, ideyanı həyata keçirmək üçün lazım olan fəaliyyəti təşkil etməyi və onu reallaşdırmağı bacaran bir insan idi. Onun qızları bu gün bizi buraya toplayıb və bu tədbiri təşkil edib. Buna görə onlara təşəkkür edirəm”. Kitab təqdimatı Sirus Təbrizli ilə bağlı bölüşülən xatirələrlə davam edib. Çıxış edənlər onun təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, insanlarla münasibəti, sadəliyi və prinsipial mövqeyi ilə də yadda qaldığını vurğulayıblar. Lamiyə MəmmədovaFotolar- Pərvin Zeynal








