R.Həsənov qeyd edib ki, dəfələrlə qarşı tərəfə müraciət etsə də, problem həll olunmayıb: “Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud mənə deyir ki, “Aqrar Tikinti” şirkətinin sahibi pulu verməlidir ki, ödənişlər edilsin. Mən isə onun qəbuluna düşə bilmirəm. İllərdir müraciət etmədiyim qurum qalmayıb. Məhkəməyə də müraciət etmişdik. İllərdir əziyyət çəkirəm, dələduzluq etdilər və bunu düzəltmədilər”. İddialarla bağlı qarşı tərəflə - “Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud Gülməmmədovla əlaqə saxladıq. Lakin o bildirdi ki, Rəsul Həsənov adlı şəxsi tanımır: “Mən artıq 7 ildir təqaüdə çıxmışam. Heç bilmirəm nədən, kimdən bəhs edirsiniz. Biz elə bir işçi ilə çalışmamışıq”. Fidan Etibar
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта