RU

Prezident İlham Əliyev: Azərbaycan ilə Latviya arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar var - Vətən Naminə

">

VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident Edqars Rinkeviçsə ünvanladığı təbrik məktubunda qeyd olunub.

Dövlətimizin başçısı Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

“Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə Azərbaycan Prezidentinin təbrik məktubunda bildirilib.Prezident

Vətən Naminə Mətbuat Xidməti           

Избранный
161
10
vetennamine.az

10Источники