“Ermənistan hakimiyyəti Avropa İttifaqına daxil olmaq üçün referendum keçirə bilər və əgər xalq bunu dəstəkləsə, Rusiya "sivil boşanma" prosesinə başlaya bilər”.
Aznews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
O, Rusiyanın Ermənistan xalqına fayda verən hər şeyi dəstəkləyəcəyini vurğulayıb.
Rusiya prezidenti xatırladıb ki, Ukrayna məsələsində də hər şey Avropaya inteqrasiya məsələsindən başlayıb.