RU

15 milyonluq boyunbağı, 5800 saata hazırlanan libas Bir gecəyə xərclənən sərvət

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Met Qala" gecəsinin ən çox müzakirə olunan və diqqət çəkən libasları hindistanlı məşhurlar və biznes nümayəndələrinə məxsus olub.

Axşam.az xəbər verir ki, mayın 4-dən 5-nə keçən gecə baş tutan tədbirdə Qərb ulduzları ilə yanaşı, Hindistanın kral ailələrinin üzvləri, biznes imperiyalarının varisləri, kino və moda dünyasının tanınmış simaları da qatılıb.

Hindistanlı poloçu və Caypur əyalətinin keçmiş kral ailəsi olan Kaçvaha klanının başçısı Padmanab Sinqh və bacısı Qauravi Kumari məclisin ən diqqət çəkən qonaqları sırasında olub. Qauravi Kumari nənəsi Qayatri Deviyə məxsus parçadan hazırlanan çəhrayı sari geyinib. Padmanab Sinqh isə 600 saatdan çox müddətdə hazırlanan tünd-göy məxmər plaşla görüntülənib.

Rejissor və prodüser Karan Cohar ilk dəfə həmin gecəsinə qatılıb. O, dizayner Maniş Malhotra tərəfindən hazırlanan və hazırlanması üçün 5800 saat sərf olunan xüsusi geyim seçib.

Tədbirdə iştirak edən Maniş Malhotra isə Mumbayın memarlığı, qatarları və şəhər ritmini əks etdirən naxışlarla işlənmiş qara kostyum təqdim edib. Libasın hazırlanmasına 50 sənətkar cəlb olunub.

Biznes-ledi Ananya Birla gecə ərzində iki fərqli geyimlə diqqət çəkib. Onlardan biri hind bürünc heykəllərindən ilhamlanan metal detallı libas, digəri isə rəssam M.F.Hüseynin əsəri əsasında hazırlanmış don olub.

“MEIL Group”un direktoru Sudha Reddi isə təxminən 15 milyon dollar dəyərində boyunbağı ilə tədbirə qatılıb. Boyunbağıda 550 əyarlıq tanzanit daşından istifadə edilib. Obraz 23 əyarlıq sarı brilyant və 30 əyarlıq gül kəsimli brilyant qaşlı iri üzüklərlə tamamlanıb.

İş xanımı Nataşa Punavalla isə “Dolce & Gabbana” brendinə aid ağ libas seçib. Görünüşü səhləb çiçəyi formasında hazırlanmış xüsusi aksesuar və bahalı zinət əşyaları tamamlayıb.

Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin qızı İşa Ambaninin libası üzərində 50 sənətkar 1200 saatdan çox çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
axsam.az

1Источники