RU

Ağdamda yol qəzasında ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB

Ağdam, 10 may, AZƏRTAC

Ağdamda yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son məlumata görə, yaralılardan biri həyatını itirib.

09:03

Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KIA” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində ilkin məlumata görə, 3 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir – Tahir Ağaməmmədov

Избранный
17
4
azertag.az

5Источники