RU

4 ayda Türkiyədən ölkəmizə 22 milyon dollarlıq geyim idxal olunub

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 21,612 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Türkiyə İxracatçılar Məclisinin məlumatına əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur.

Təkcə apreldə Türkiyə Azərbaycana 6,103 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 109,8 % çoxdur.

Избранный
6
7
azpost.info

9Источники