Rusiya prezidentinin köməkçisi Yuri Uşakov diplomatik təmaslarla bağlı mühüm bəyanatlar verib.
Musavat.com xəbər verir ki, Uşakov ABŞ prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirib.
Prezidentin köməkçisi Moskvada keçiriləcək Qələbə Günü şənliklərinə də toxunaraq bildirib ki, xarici ölkə liderləri bu tədbirlərdə iştirak etmək istəklərini özləri ifadə ediblər. O, həmçinin bayrama görə əldə olunan atəşkəs razılaşmasının kifayət qədər mürəkkəb danışıqlar nəticəsində mümkün olduğunu vurğulayıb.
Uşakovun sözlərinə görə, rəsmi Vaşinqton hazırda daha çox Yaxın Şərqdəki böhranla məşğul olsa da, Ukrayna məsələsini diqqətdən kənarda qoymur. Bu çərçivədə Moskva və Vaşinqton arasında aktiv telefon əlaqələrinin davam etdiyi bildirilib.
Münaqişənin həlli yolları barədə danışan Uşakov deyib:
"Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxarılmadan nizamlanma prosesi olmayacaq. Bu, hətta 10 raund danışıqlar keçirilsə belə, dəyişməz qalacaq".
Musavat.com