RU

Bu ölkədə 2 kiloqramlıq yaqut tapıldı Tarixdə ikincidir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənub-Şərqi Asiyada yerləşən Myanma Respublikasında 11 min karatlıq nəhəng yaqut aşkarlanıb. Demokrat.az xəbər verir ki, mütəxəssislər onu ölkənin müasir tarixində ən böyük və ən qiymətli daşlardan biri hesab edirlər.Qiymətli daş Mandalay bölgəsində yerləşən Moqok rayonunda tapılıb. Bu ərazi uzun illərdir zəngin daş yataqları ilə tanınır.Tapıntı ölkədə böyük rezonans doğurub. Myanma hərbi xuntasının lideri Min Aun Hlayn hökumət nümayəndələri ilə birlikdə yaqutu şəxsən nəzərdən keçirib.Myanma prezident administrasiyasının məlumatında bildirilir:“Yaqutun çəkisi 2200 qramdır (11 min karat). Bu onu son dərəcə böyük, nadir və tapılması çətin daş edir. Nəhəng yaqut sarımtıl əlavələrlə bənövşəyi-qırmızı rəngə malikdir və rəng keyfiyyətinə görə yüksək səviyyəli hesab olunur. Daş orta şəffaflığa və güclü şüşəvari parlaqlığa malikdir. O, heç bir emal və ya süni yaxşılaşdırma aparılmadan təbii vəziyyətdə qalıb”.Məlumata görə, bu yaqut çəkisinə görə Myanmada indiyədək tapılmış ikinci ən böyük yaqutdur. Daha iri daş 1996-cı ildə eyni bölgədə aşkarlanmış və 4290 qram (21 450 karat) çəkidə olmuşdu.Bununla belə, yeni tapıntının rənginə, şəffaflığına və ümumi keyfiyyətinə görə daha dəyərli olduğu vurğulanır.“CBS News”un yazdığına görə, dünya üzrə yaqut hasilatının təxminən 90 faizi Myanmada, əsasən Moqok bölgəsində həyata keçirilir.Eyni zamanda hüquq müdafiə təşkilatları dəfələrlə bildiriblər ki, qiymətli daşların ixracından əldə olunan gəlirlər qismən ölkədə hakimiyyəti ələ keçirmiş hərbi xuntanın, qismən isə ona qarşı mübarizə aparan silahlı qrupların maliyyələşdirilməsinə yönəlir.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
1
demokrat.az

7Источники