Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, sonuncu oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edir. Hazırda Tovuz klubu 56 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb.
Cari mövsüm tərəflər arasında baş tutan oyunlarda “Turan Tovuz” üstündür. Kurban Berdıyevin komandası ilk dövrədə 2:1, ikincidə isə 1:0 hesablı qələbə qazanıb.
Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulacaq. Paytaxt klubu 50 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir.
“Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb - 1:1 və 2:2.
10 may
17:00. “Turan Tovuz” - “Karvan-Yevlax” - 1:0 (Birinci hissə)
Qol: Ayxan Hüseynov, 45+2
Baş hakim: Əkbər Əhmədov
Tovuz şəhər stadionu
19:30. “Neftçi” - “Şamaxı”
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”
Başa çatan oyunların nəticələri
“İmişli” - “Zirə” - 0:0
“Sabah” - “Kəpəz” - 0:1
“Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1
“Qəbələ” - “Qarabağ” - 1:1

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qol