BAKI, 10 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXI turunda “Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb.
Teleqraf xəbər verir ki, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Qarşılaşmanın yeganə qolunu Ayxan Hüseynov vurub.
Evdə 3 xal qazanan Tovuz təmsilçisi Premyer Liqada 3-cü pilləni təmin edib. “Karvan-Yevlax” isə növbəti mövsüm Birinci Liqada mübarizə aparacaq.