RU

İran ABŞ sanksiyalarını dəstəkləyən ölkələrin gəmilərinin

İrana qarşı ABŞ-ın sanksiya rejiminə qoşulan ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsi qadağan ediləcək.

 

Bunu İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya IRNA-ya müsahibəsində deyib.

 

"Bundan sonra ABŞ-dan nümunə götürərək İrana qarşı sanksiyalar tətbiq edən ölkələr Hörmüz boğazından keçərkən çətinliklərlə üzləşəcəklər", - o bildirib.

 

Xatırladaq ki, ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Избранный
32
1
senzor.az

3Источники