ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
İnsanların ən çox bədbəxt hiss etdiyi yaş məlum olub. İqtisadçı David Blanchflower tərəfindən 132 ölkədə aparılan geniş araşdırma insanların həyat məmnunluğunun “U formalı” xətt üzrə dəyişdiyini göstərib.Demokrat.az bildirir ki, araşdırmalara görə, insanlar ən çox orta yaş dövründə psixoloji çətinlik yaşayır.Ən çətin dövr 47 yaşdırYüz minlərlə insanın məlumatları təhlil edilib. Nəticədə həyat məmnuniyyəti orta hesabla 47 yaşında ən aşağı səviyyəyə düşür. Bəzi ölkələrdə bu göstərici 49 yaşa qədər yüksələ bilir.Tədqiqatçılar bildirir ki, bu nəticə gəlir, təhsil və ailə vəziyyətindən asılı deyil. Yəni bütün ölkələrdə oxşar vəziyyət müşahidə olunur.Orta yaşda stressin səbəbləriBu dövrdə insanlar eyni anda bir neçə məsuliyyət daşıyır:Uşaqların qayğısı
Valideynlərin baxımı
İş təzyiqi
Sağlamlıqda dəyişikliklər
Bu amillər stressi artırır.50 yaşdan sonra vəziyyət yaxşılaşırAraşdırma göstərir ki, 50 yaşdan sonra həyat məmnuniyyəti yenidən artır. Mütəxəssislər bunu insanların daha real gözləntilər formalaşdırması ilə izah edir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.