BAKI, 11 may. TELEQRAF
İranın ABŞ-nin son təkliflərinə mənfi cavabı Vaşinqtonun Tehranla diplomatik həllə nail olmağın yolunu bağlayıb.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin “Aram News” informasiya agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilər bildiriblər ki, Prezident Donald Trampın İrandan mənfi cavab aldıqdan sonra hansı tədbirlər görəcəyi hələlik bəlli deyil.
“Reuters” agentliyi də İran-ABŞ danışıqlarının uğursuzluğa düçar olması, diplomatik prosesin faktiki dayandırıldığı barədə məlumat verib.