RU

İranda küçələrə mənim adım qoyulur - Netanyahu

Benyamin Netanyahu İranın bəzi şəhərlərində küçələrə onun adının verildiyini iddia edib.

Publika.az xəbər verir ki, İsrailin baş naziri bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.

Netanyahunun sözlərinə görə, İranda onun adını daşıyan küçələrə rast gəlmək mümkündür.

“İranda küçələrə mənim adım qoyulur. Bunu bilirdinizmi?” - deyə o bildirib.

İsrail lideri əlavə edib ki, bəzi iranlılar onu gənclik illərindən qalan məşhur ləqəbi ilə “əziz Bibi” adlandırırlar.

Избранный
60
3
publika.az

4Источники