Azərbaycan qızlardan ibarət U-16 millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu - üçüncü oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda Gürcüstanla qarşılaşıb. Binə stadionunda keçiriləcək matç Gürcüstan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb. U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar
Xatırladaq ki, U-16 yığmamız daha əvvəl Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.