Azərbaycanda mayda yenə ardıcıl bir neçə gün iş olmayacaq. Bu il Qurban bayramı və Müstəqillik Günü eyni dövrə təsadüf etdiyi üçün qeyri-iş günlərinin sayı artıb.
Turkustan.az xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən bayram günlərinin üst-üstə düşməsi səbəbindən mayın 29-u da istirahət günü hesab olunur. Beləliklə mayın 27, 28 və 29-u rəsmi qeyri-iş günüdür. Bu tarixlərin həftəsonuna birləşməsi nəticəsində vətəndaşlar mayın 31-nə qədər 5 gün ardıcıl istirahət edəcəklər.
Ölkədə növbəti iş günü iyunun 1-dən başlayacaq./Bakıvaxtı.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта