RU

Paşinyandan Putinə etiraz: Bu, nikah deyil ki, boşanaq

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında seçim etmək barədə açıqlamalarına cavab verib.

“Rusiya Prezidenti ilə işçi səviyyədə bu barədə müzakirə aparmışıq, əvvəllər də açıq şəkildə bəyan etdiklərimi təkrarladım: de-yure və de-fakto seçim etməyə ehtiyac qalmayana qədər belə bir məsələni gündəmə gətirməyəcəyik”, - o bildirib.

Paşinyan Putinin “boşanma” ifadəsi ilə razı olmadığını vurğulayıb:

“Vaxtilə parlamentdə bəzən dövlətlərarası münasibətləri “nikah”la qarışdırdığımızı söyləmişdim. Ermənistan Respublikası dövlətlərarası münasibətlərdə dövlətlərarası məntiqə əsaslanır, biz də digər üzvlər kimi AİB-in üzvüyük. AİB-in üzvü olduğumuz müddətcə qərar qəbuletmədə tam iştirak edirik. Ehtiyac yaranmayana qədər belə bir məsələni qaldırmayacağıq. Obyektiv ehtiyac olduqda referendum keçirəcəyik. Amma mənim fikrim budur ki, buna sadəcə obyektiv ehtiyac yoxdur”.

Nikol Paşinyanın sözlərinə görə, Rusiyanın maraqlarına zərər vurmaq məqsədi olmayıb, yoxdur və olmayacaq da: “Biz Ermənistan Respublikasının dövlət maraqlarını rəhbər tutmağa davam edəcəyik, münasibətlərimizi dərinləşdirməyə, Rusiya Federasiyası ilə münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik. Həmçinin anlayırıq ki, münasibətlərdə qaçılmaz transformasiya baş verir”.

Paşinyan bu münasibətlərdə obyektiv və subyektiv transformasiyaların baş verdiyini vurğulayıb: “Suallar var, narahatlıqlar var, aydınlaşdırılmalı nüanslar var. Amma bu məsələlər üzərində sakit, dinc, əsəbsiz və əlavə gərginlik yaratmadan işlənməlidir”./teleqraf

Избранный
2
2
turkustan.az

4Источники