RU

Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalı xərcini 12 %-ə yaxın azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 13,545 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % azdır.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 3,938 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,9 % azdır.

4 ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,9 % azalaraq 3 milyard 130 milyon ABŞ dolları, apreldə isə 16,3 % artaraq 896 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox tekstil məhsulları idxalını İtaliya 260,881 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,1 % çox), ABŞ 202,583 milyon ABŞ dolları (27,5 % çox) və İspaniya 193 milyon ABŞ dolları (5,3 % çox) dəyərində həyata keçirib.

Избранный
28
1
far.az

2Источники