RU

Bunu heç bir PSJ li bacarmayacaq 11 ildən sonra ilk dəfə

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Lans"ın bu mövsüm Liqa 1-də liderliyi ələ keçirmək cəhdlərinə baxmayaraq, PSJ Fransa çempionatında dominant mövqeyini qorumağa davam edir.

Fanat.Az xəbər verir ki, Luis Enrikenin komandası bir gün əvvəl "Brest"i çətinliklə (1:0) məğlub edərək, daha bir çempionluq titulunu qazanmağa yaxınlaşdı. 

Paris nəhəngi cari mövsümdə 32 oyunda 71 qol vurub ki, bu da Liqa 1-də indiyə qədər ən yaxşı nəticədir. Bununla belə, maraqlıdır ki, bu qollar bütün PSJ oyunçuları arasında bərabər paylanıb və yalnız "Qızıl top" mükafatçısı Usman Dembele vurulan qolların sayına (10) görə liderdir.

Çempionatın bitməsinə iki tur qaldığı üçün çox güman ki, parislilərdən heç kim liqanın ən çox qol vuran oyunçusu olmayacaq. "Opta"nın məlumatına görə, bu, 2014/15 mövsümündən (Aleksandr Lakazetta "Olimpik Lion"da bombardir olub) bəri ilk belə haldır. 

Hazırda bombardir yarışında ilk "altılıq"da Esteban Lepol ("Renn", 20 qol), Xoakin Paniçelli ("Strasburq", 16), Meyson Qrinvud ("Olimpik Marsel", 16), Folarin Baloqun ("Monako", 13), Odson Eduard ("Lans", 12) və Pavel Şults ("Olimpik Lion", 11) yer alır.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
fanat.az

2Источники