RU

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir.

Turkustan.az Modern.az-a istinadla xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub.

Həlak olan digər şəxslər isə bunlardır:

Sədrəddin Mehman oğlu Çiriyev - 21 sentyabr 1992-ci ildə anadan olub. Leninqrad vilayətinin Tixvin şəhərində yaşayıb.

Eltun Adil oğlu Əsədov - 10 avqust 1994-cü ildə anadan olub. Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində yaşayıb, 69-cu qvardiya motoatıcı diviziyasında xidmət edib.

Fərid Farizxan oğlu Məmmədov – 20 yanvar 1991-ci ildə anadan olub. Voronej vilayətinin Pavlovsk şəhərində yaşayıb,

Eldar Nəhmət oğlu Nuriyev – 1 noyabr 1970-ci ildə anadan olub. İrkutsk şəhərində yaşayıb, 137-ci həmlə briqadasında xidmət edib,

İlyas Əmin oğlu Abdullayev – 8 noyabr 1984-cü ildə anadan olub. Moskvada yaşayıb,

Rafael Səttar oğlu Talıbov – 8 iyul 1977-ci ildə anadan olub. Stavropol diyarının Aleksandrovskoye kəndində anadan olub, 7-ci Əlahiddə Moto-atıcı Briqadasında xidmət edib,

Bayram Abdulla oğlu Osmanov – 12 mart 1994-cü ildə anadan olub. Stavropol diyarının Kurskaya kəndində yaşayıb.

Teymur Əzizulla oğlu Sadıqov – Azərbaycan Respublikası vətəndaşı. Rusiya Ordusu ilə 1 illik hərbi müqavilə bağlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə azərbaycanlı həyatını itirib. Onların arasında Azərbaycan vətəndaşlığı olan şəxslər də var.

Daha

Избранный
14
2
turkustan.az

5Источники