RU

Kənddə naxırçı yoxdu...

ain.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Biz uşaq olanda hər səhər  inəklərimizi, camışlarımızı  naxıra aparıb, naxırçıya təhvil verərdik. O da səhərdən axşama kimi, kəndin örüş sahəsində heyvanları otarar, sonra da axşam düşəndə  heyvanlar naxırdan həyətimizə qayıdardı.

Bir heyvanımızda gəlməyəndə yapışardıq naxırçının sinəsindən. O da and- aman edərdi ki, vallah, mən heyvanları dəmiryoldan sağ-salamat keçirmişəm, bir az gözləyin gəlib çıxacaq. Və bir qədər gözləyirdik , bir də görürdük ki, inəyimiz qapımızdadir! İndi kəndimiz yerindədir, amma nə naxır var,nə örüş, nə də naxırçı! Çünki kəndin otlaq sahələri yoxdur.Torpağın böyük bir hissəsini əkib- becərmək üçün camaata  payladılar.

Qalan yerləri də evlər tikildi. " Palıdlı bağ" kimi tanınan yerdə bir qarış boş yer yoxdur və hər yerdə  yeni mənzillər inşa edilib.Bax belə olanda da camaat mal- qoyununu ya öz təsərrüfatında ,  ya da həyətində  saxlayir. Əlbəttə, bu da müəyyən çətinliklər yaradır.

Belə vəziyyətdə bir çox insanlar  mal- qoyun saxlamaqdan imtina edir. Və onları  satıb pula çevirir!!! Məhz bu amillərə görə də ölkəmizdə  mal və qoyun ətinin qiyməti tez-tez artır. Kənd onda gözəl idi ki, o kəndin naxırı vardı, naxırçısı vardı! İndi bunların hamısı artıq tarixə qovuşub!!!Kəndlər də öz gözəlliyin  zaman- zaman itirir!!!

Emil FAİQOĞLU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
adalet.az

2Источники