RU

Bədən siqnallarını düzgün oxumaq Harda nə baş verir?

Medicina portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İnsan bədəni daim siqnallar göndərir: ağrı, yorğunluq, ürəkdöyünmə, baş gicəllənməsi, nəfəs dəyişiklikləri və s. Bu siqnalların hamısı xəstəlik demək deyil, bəziləri bədənin adaptasiya və qorunma mexanizmidir.

Medicina.az xəbər verir ki, normal siqnal ilə risk siqnalını fərqləndirmək.

Bədən 3 əsas səbəbdən xəbərdarlıq edir:

Fiziki ehtiyac (su, qida, yuxu)

Stress və sinir sistemi aktivliyi

Xəstəlik və ya orqan disbalansı

Ən çox səhv başa düşülən bədən siqnalları

1. Baş ağrısı

Həmişə ciddi xəstəlik deyil. Səbəblər:

stress

yuxusuzluq

miqren

susuzluq

Amma “birdən başlayan çox güclü ağrı” fərqli qiymətləndirilməlidir.

2. Ürəkdöyünmə (taxikardiya)

Taxikardiya çox vaxt:

stress

panika

kofein yorğunluq ilə bağlı olur.

Amma istirahətdə davamlı yüksəkdirsə, yoxlanmalıdır.

3. Başda duman hissi

Brain fog:

yuxusuzluq

stress

qan şəkəri dəyişməsi

allergiya ilə bağlı ola bilər.

4. Nəfəs çatmır hissi

Çox vaxt:

panika

narahatlıq

sinir sistemi aktivliyi ilə əlaqəlidir.

Amma real nəfəs darlığı varsa, tibbi qiymətləndirmə lazımdır.

✔️ Normal siqnallar:

yorğunluqdan sonra ağrı

stress zamanı ürəkdöyünmə

ac qalanda baş ağrısı

emosional dəyişikliklər

Risk siqnalları:

qəfil güclü ağrı

huş itirmə

bir tərəfli zəiflik

davamlı və artan simptomlar.

Bədən siqnallarını niyə səhv oxuyuruq?

Ən böyük səbəblər:

internetdə oxunan qorxulu məlumatlar

panika və stress

bədəni daim yoxlama vərdişi

yuxusuzluq

Bədən siqnallarını düzgün oxumaq üçün 5 qayda

1. Zamanı yoxla

Yeni başlayıb, yoxsa uzun müddətdir var?

2. Tətikləyici var

Ac qalmaq, stress, yorğunluq?

3. Güclənirmi?

Getdikcə artır, yoxsa dalğalanır?

4. Funksiyanı pozur?

Gəzməyə, danışmağa, işləməyə mane olur?

5. Sakitləşəndə azalır?

İstirahətdə keçirsə, çox vaxt funksionaldır

Bədən siqnalları düşmən deyil, bədənin “mənə bax” mesajıdır.

Amma hər siqnalı “təhlükə” kimi oxumaq:

panikanı artırır

simptomları gücləndirir.

Aygün Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
2
icma.az

3Источники