RU

La Liqa: Turun son matçında qalib müəyyənləşmədi

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya La Liqasında 35-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Rayo Valyekano” evdə “Jirona” ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.

Hazırda “Barselona” 91 xalla vahid liderdir. “Real” 77, “Vilyarreal” 69, “Atletiko” 63, “Betis” 54, “Selta” 50, “Xetafe” 45 toplayıb.

İspaniya La Liqası

35-ci tur

8 may

Levante – Osasuna 3:2

Qollar: V.Qarsiya, 35; 47. Etta Eyonq, 90 – Tolyan, 3-öz qapısına. Budimir, 11.

9 may

Elçe – Alaves 1:1

Qollar: A.Rodriqes, 72 – T.Martines, 51-pen.

Sevilya – Espanyol 2:1

Qollar: Kastrin, 82. A.Adams, 90+1 – T.Dolan, 56.

Atletiko – Selta 0:1

Qol: B.İqlesias, 62.

Real Sosyedad – Betis 2:2

Qollar: Oskarsson, 79. Oyarsabal, 90+1-pen – Antoni, 39. Ezzalzuli, 47.

10 may

Malyorka – Vilyarreal 1:1

Qollar: Muriqi, 45+2 – A.Peres, 31-pen.

Atletik – Valensiya 0:1

Qol: U.Sadiq, 72.

Real Ovyedo – Xetafe 0:0

Barselona – Real 2:0

Qollar: Raşford, 9. Ferran Torres, 18.

11 may

Rayo Valyekano – Jirona 1:1

Qollar: Alemao, 86 – Stuani, 90.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
100
fanat.az

1Источники