RU

Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 190-a çatıb

Bu il Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbilə ölənlərin sayı 190-a çatıb.

APA xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) açıqlama verib.

Açıqlamada, Lassa qızdırmasının ölkənin müxtəlif ştatlarında yayılmağa davam etdiyi bildirilir.

Məlumata görə, yanvar ayından bəri Lassa qızdırmasından ölənlərin sayının 190-a çatıb.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan etdi.

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində rast gəlinən Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyada ölkənin şimal-şərqindəki Borno əyalətində aşkar edilmişdir.

Избранный
65
2
apa.az

3Источники