RU

Əliyevin Zəngilandan verdiyi mesaj: Bakı ilə yaxşı münasibət qurmadan...

Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi mesajlar təkcə regional deyil, beynəlxalq siyasi dairələrdə də diqqətlə izlənilir. Dövlət başçısı çıxışında xüsusilə Avropanın Cənubi Qafqaz siyasətinə, Fransanın bölgədə tutduğu mövqeyə və Fransa prezidenti Emmanuel Macronun son davranışlarına toxunaraq sərt siyasi mesajlar verdi. Prezidentin açıqlamalarında rəsmi Parisin Ermənistan üzərindən regionda təsir imkanlarını artırmaq cəhdləri, eləcə də Avropa institutlarının ikili standartları açıq şəkildə tənqid olundu.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Publika.az-a açıqlama verib.

Fransa öz maraqlarına zərbə vurdu

Politoloqun sözlərinə görə, Fransa prezidenti İkinci Qarabağ müharibəsi və ondan sonrakı dönəmdə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib. O bildirdi ki, rəsmi Paris bununla əslində öz maraqlarına zərbə vurub və Azərbaycanla münasibətlərə kölgə salıb.

“Azərbaycan artıq bölgənin açar dövlətinə çevrilib. Azərbaycanla yaxşı münasibətlər olmadan yalnız Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək mümkün deyil”, - deyə o vurğuladı.

Избранный
4
13
publika.az

10Источники