Azərbaycan millisinin və "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Avropadan növbəti transfer təklifini alıb. Futbolçuya bu dəfə Almaniyadan dəvət gəlib.
Publika.az sportinfo.az-a istinadən xəbər verir ki, Hüseynovla təmas quran klub II Bundesliqada mübarizə aparan "Darmştadt"dır. Almaniya təmsilçisi həmyerlimizlə "2+1" illik müqavilə imzalamaq niyyətindədir.
Dörd ildir "Turan Tovuz"un formasını geyinən Ayxan yeni qiymətini də müəyyənləşdirib. O, xidmətində maraqlı olan klublardan aylıq təxminən 30 min manat civarında əməkhaqqı tələb edir.