RU

Kəlbəcərdə hərbçilərimiz minaya düşdü

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər.

“Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir,  hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
49
yeniavaz.com

10Источники