RU

“Kontakt Home”un anbarında güclü yanğın

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

Ekologiya.az Xitab24.az-a istinadən xəbər verir ki, yanğın gecə saatlarında “Kontakt Home”un anbarından başlayıb.

İlkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub.

Yanan anbardakı əşyaların təxminən 3 milyon manat civarında olduğu bildirilir.

Qeyd edək ki, “Kontakt Home”un sahibi sabiq millət vəkili Elnur Allahverdiyevdir.

Избранный
12
12
ekologiya.az

10Источники