Gəncədə körpüdən çaya yıxılan qadın xilas edilib.aia.az xəbər verir ki, hadisə mayın 11-i saat 17 radələrində baş verib.Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva şəhər ərazisindəki körpüdən çaya düşüb.Yaxınlıqdakı şəxslərin köməyi ilə xilas edilən qadın xəstəxanaya yerləşdirilib.Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Rzayevanın vəziyyəti orta-ağırdır.Araşdırmalar aparılır.aia.az