RU

Bu şəxslərin borcları silinə bilər Yeni təklif

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi və demoqrafik göstəricilərin yaxşılaşdırılması məsələsi yenidən gündəmə gəlib. Xüsusilə gənc ailələrin üzləşdiyi iqtisadi çətinliklər fonunda Türkiyənin tətbiq etdiyi yeni model, yəni ikinci övladın doğulması ilə kredit borclarının dövlət tərəfindən qarşılanması təcrübəsi cəmiyyətdə böyük maraqla qarşılanıb.Bəs, bənzər bir modelin Azərbaycanda tətbiqi nə dərəcədə realdır və bu, ölkəmizdəki demoqrafik mənzərəni necə dəyişə bilər?Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə demoqrafik vəziyyətlə bağlı stimullaşdırıcı addımlar nəzərdə tutulmur:“Lakin bu məsələ gələcəkdə prioritet istiqamətlərdən birinə çevrilərsə, həmin sahədə müəyyən təşviq mexanizmləri üzərində düşünülə bilər. Hazırda kreditlərin silinməsi formasında olmasa da, birdəfəlik müavinətlər və digər dəstək mexanizmləri şəklində addımların atılması mümkündür. Bütün hallarda, bu proses Azərbaycanda da getdikcə aktuallaşır. Çünki həm nikaha daxil olanların sayı azalır, həm boşanmaların sayı artır, həm də ümumilikdə ailə qurmaq məsələsində ciddi çətinliklər yaranır. Güman olunur ki, gələcəkdə bu amillər nəzərə alınacaq”.Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə demoqrafik vəziyyətlə bağlı bu cür kəskin stimullaşdırıcı addımların atılması planlaşdırılmır. Lakin o, gələcəkdə bu məsələnin prioritet istiqamətlərdən birinə çevrilə biləcəyini istisna etməyib.Statistik göstəricilər də təsdiq edir ki, gənclərin erkən nikahdan qaçması və ailə planlamasında tək uşağa üstünlük verməsi iqtisadi faktorlarla birbaşa bağlıdır. Türkiyə nümunəsi göstərir ki, dövlət tərəfindən maliyyə yükünün azaldılması birbaşa doğum sayının artmasına xidmət edən ən effektiv vasitələrdən biridir. Azərbaycanda da analoji islahatların aparılması gələcəkdə demoqrafik böhranın qarşısını almaq üçün vacib addım kimi qiymətləndirilir.Qısası, hazırda Azərbaycanda uşaq doğulanda bank borclarının silinməsi ilə bağlı rəsmi qərar yoxdur, lakin ölkədə boşanmaların artması və evliliklərin azalması dövləti gələcəkdə bu növ dəstək paketlərini hazırlamağa məcbur edə bilər.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
81
24
demokrat.az

10Источники