RU

Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

APA xəbər verir ki, Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
20
apa.az

10Источники