RU

Həmin anbarda nəyin saxlanıldığı bilindi 3 milyon zərər dəyib

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bakıda iri mağazalar şəbəkəsinə məxsus anbarda baş verən güclü yanğın milyonlarla manatlıq zərərə səbəb olub. Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.Demokrat.az xəbər verir ki, “Kontakt Home” mağazalar şəbəkəsinə aid anbarda gecə saatlarında başlayan yanğın qısa müddətdə geniş sahəyə yayılıb. Alovun intensivliyi səbəbindən anbarın böyük hissəsi yararsız vəziyyətə düşüb.Məlumata görə, anbarda əsasən məişət texnikası, yəni paltaryuyan maşınlar, soyuducular və digər elektron avadanlıqlar saxlanılırdı. Yanğın nəticəsində məhsulların əksəriyyəti tamamilə məhv olub.İlkin hesablamalara əsasən, hadisənin vurduğu maddi ziyanın təxminən 3 milyon manat olduğu bildirilir.Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi sabiq deputat Elnur Allahverdiyev hesab olunur.(xitab24.az)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
demokrat.az

1Источники