"Hazırda "AYNA MaaS" proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir. Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar “Google Maps“ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur. Hal-hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır — nəticədə qatarın bəzi vaqonları sıxlıqla doludur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта