RU

Natiq Cəfərlidən ƏDV ilə bağlı TƏKLİF

“İnflyasiya ilə mübarizədə istənilən hökumətin əlində ən yaxşı, tez həyata keçirilən və həmən də effekt verən alət vergi-rüsum siyasətidir”.

“Cebheinfo.az” bildirir ki, bunu “REAL” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib:

“Respublikaçı Alternativ olaraq təşəbbüsümüz də var idi ki, ərzaq, dərman və bəzi sosial əhəmiyyətli məhsullara ƏDV ya ləğv edilsin, ya da, simvolik olaraq 2 % təyin edilsin.

Dünyada neft qiymətlərinin kəskin artması, məntiqi olaraq benzin, dizel və avia-kerosinin də qiymətlərini artırıb.

ABŞ hökuməti bundan narahatdır, ona görə də, Tramp dünən elan etdi ki, 1993-cü ildən təyin edilmiş federal yanacaq vergisi ləğv ediləcək. Amerikada federal benzin vergisi dəyişməzdir, hər qallon (3,78 litr) üçün 18,4 sent təşkil edir. 

Dizel yanacağı üçün isə bu vergi növü 24 sentdir. Federal hökumətdən başqa ştatların da öz yanacaq vergisi var, ən aşağı olan ştatlarda bu 33 sent, “solçuların” mərkəzi olan Kaliforniyada isə 70 sentdir.

Tramp federal vergini ləğv edir, yəni 1 qallon benzin avtomatik olaraq 18,4 sent ucuzlaşacaq, Respublikaçıların hakimiyyətdə olduğu ştatlarda isə ştat vergisi, yəni 33 sent də ləğv ediləcək.

Beləliklə, ümumilikdə Respublikaçıların əlində olan ştatlarda bir qallon benzin 51,4 sent ucuzlaşacaq – Demokratların hakimiyyətdə olduğu ştatlarda bu vergi növü ləğv edilməsə, bu həm də Trampın ağıllı siyasi gedişi olacaq, əhali onlardan narazı qalacaq”.

İqtisadçı vurğulayıb ki. Azərbaycanda dərmanlara, uşaq bezlərinə və yeməklərinə, gündəlik təlabat mallarına təyin edilmiş 18 % ƏDV doğru deyil, 2 %-ə salınsa, məsələn, dərmanlarda, uşaq bezi və yeməklərində 15% civarında qiymət düşər:

“İndi ölkə üçün göydəndüşmə əlavə gəlir peyda oldu, neft qiymətləri kəskin artdı və Azərbaycan bu il nəzərdə tutulndan əlavə olaraq, hardasa, 2 mlrd. dollar vəsait qazanacaq. Bu vəsait elə vergi güzəştləri üçün əsas da yaradır, yəni güzəştin mənbəyi də var”.

Избранный
4
2
cebheinfo.az

3Источники