Burada sual edirəm: muzdla Azərbaycan əleyhinə işlədilən Luis Moreno Okampo ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı nə bağlayır? Mirzoyanın Belçika parlamentinin İrəvana təşrif gətirən sədrinə Azərbaycan və sülh əleyhinə 16 aprel qətnamələrinə görə təşəkkür etməsini biz necə anlamalıyıq? Ermənistan parlamentinin sədri Alen Simonyan da ötən həftə eyni mahiyyətli qətnaməyə görə Avropa Parlamentinin sədrinə təşəkkür edirdi. Bu nə deməkdir? Onlar bu cür davranışlarıyla Karapetyandan, Köçəryandan, ikinci Qaregindən, revanşizm haqda düşündüklərini gizlətməyən digərlərindən çoxmu fərqlənirlər?
Təəssüf ki, yox. Çünki eyni toplumun təmsilçiləridirlər. O toplumun ki, cənab Prezidentin sözügedən çıxışında da məqsədli şəkildə vurğulandığı kimi, Zəngilanı öz nasist rəhbərləri ilə birgə talayırdılar. Yeri gəlmişkən, Zəngilan təkcə Azərbaycanın iki ölkə ilə həmsərhəd olan tək bölgəsi deyil, həm də talanan var-dövlətinin o iki ölkənin ikisinə də daşınan bölgəsidir və bu da unutmayacağımız keçmişdir.
Ermənistanda bilməlidirlər ki, Azərbaycan Prezidenti bu reallığı elə-belə xatırlatmırdı. Və Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayanlar hakimiyyətə gəlsələr, başlarının dərddə olacağı haqda xəbərdarlığının hədəfi təkcə revanşizm haqqında düşündüklərini gizlətməyənlər deyil. Yəni, təkcə onların yox, orada çoxlarının başı dərddə olacaq.
Amma buna, ən yaxşı halda "Real Ermənistan"ın Ararat Respublikasının sərhədləri çərçivəsinə qaytarılmasına ehtiyac varmı? Bu gün məzlum və incidilmiş görkəmi alanların keçmişlərini yaxşı bildiyimiz, vəhşiliklərini, talançılıqlarını unutmadığımız halda biz bunu istəmirik, sülh və normal qonşuluq təklif edirik. Hansını istəyirlərsə, onu da seçsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31